Avropa İttifaqında bir çox məsələlərdə birlik yoxdur və bu, onları parçalayır, millətçiliyi genişləndirir. Avropa ekzistensial böhrandadır.
“İki sahil” xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında Yunanıstan Baş nazirinin nümayəndəsi, Avropa İttifaqı (Aİ) Komissiyasının Miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə keçmiş komissarı, Yunanıstanın keçmiş xarici işlər və milli müdafiə naziri Dimitris Avramopoulos deyib.
Paneldə bir neçə münaqişə barədə danışdıqlarını qeyd edən Dimitris Avramopoulos Avropada 400 milyon insanın miqrant olduğunu diqqətə çatdırıb.
O, Azərbaycanı da sabitləşdirici amil adlandıraraq Qlobal Bakı Forumunun dünyada ən böyük tədbirlərdən birinə çevrildiyini bildirib.
Dimitris Avramopoulos BMT-nin əvvəlki kimi güclü olmadığını, dərin böhran yaşadığını diqqətə çatdıraraq deyib: "Ümid edirəm ki, təşkilat tezliklə bu böhrandan çıxa biləcək".
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir