Bizim nəsil dünyanı daha gözəl bir məkana çevirməkdə uğursuz oldu. Lakin gənc nəsil Qərblə Şərq arasında körpülər qurur. Mən həm nikbinəm, həm də realist.
“İki sahil” xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında ARTOC İnvestisiya və İnkişaf Qrupunun sədri və icraçı direktoru Şafik Qabrin deyib.
O bildirib ki, geosiyasi dəyişikliklər tarix boyu daim baş verib. İkinci Dünya müharibəsi, “soyuq müharibə”, pandemiya – bütün bu hadisələr dünyamızı dəyişib. Lakin hazırda proseslər daha da qütbləşir. Bəzi qüvvələr media vasitəsilə təsir göstərməyə çalışır. Yumşaq gücün təsiri azalır, möhkəm güc isə güclənir.
Şafik Qabr beynəlxalq təşkilatların əsas zəifliyinin onların daha çox hərbi xərclərlə bağlı müzakirələr aparmasında olduğunu vurğulayıb. “Anlamalıyıq ki, geosiyasi dəyişikliklər baş verdikcə geoiqtisadiyyat da dəyişəcək. Bu, bütün dünyaya təsir göstərəcək. Əgər geosiyasət sabit deyilsə, geoiqtisadiyyat da sabit olmayacaq”, - deyə o əlavə edib.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir