Ermənistanın Azərbaycana qarşı iddialarına baxdıqda görürük ki, bəzi havadarlarının dəstəyi ilə onlar artıq keçmişin bir aləti olan, hər hansı bir funksiyası olmayan Minsk qrupunun hər bir vəcdə saxlanmasına da cəhd göstərirlər. Minsk qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz. Əgər kimsə Minsk qrupunu dirçəltməyə çalışa bilərsə, bunlar yalnız utopik fikirlər ola bilər.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Prezidentin köməkçisi deyib ki, Minsk qrupu yaradılanda onun təməlini məhz münaqişənin həll edilməsi təşkil edirdi. "Münaqişə yoxdur. Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin getdiyi bir şəraitdə Ermənistan tərəfi yenə də səmimiyyət nümayiş etdirməyərək Minsk qrupu kimi lazımsız bir alətin saxlanmasına çalışır", - deyə H.Hacıyev bildirib.
Azərbaycanın bu məsələdə israrlı olduğunu qeyd edən Prezidentin köməkçisi vurğulayıb: “Hesab edirik ki, bu kimi məsələlər, xüsusilə də Ermənistanın Konstitusiyası ilə bağlı məsələləri aradan qaldırmasından sonra regionda sülh gündəliyi üçün daha yaxşı şərtlər formalaşa bilər”.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir