Regionda sülhün təmin olunması üçün Ermənistan konstitusiyasında dəyişiklik zəruridir.
“İki sahil” xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanın işğal dövründə Azərbaycana qarşı törətdiyi insanlıq əleyhinə müharibə cinayətləri və digər əməllər yaddan çıxası faktlar deyil:
"Cənab Prezidentin bugünki çıxışında da qeyd etdiyi kimi, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları hələ də davam etməkdədir. Ona görə də Ermənistan konstitusiyasında dəyişilməli olan məqamlar var. Bu da nəticə etibarilə regionda davamlı sülhün bazasını və əsasını təmin etməlidir. Çünki dövlətlərarası münasibətlərdə münaqişələrin həllində ölkələrin konstitusiyasının dəyişdirilməsi birinci hal deyil".
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir