Ermənistanın Azərbaycana qarşı cinayətləri yaddan çıxası deyil.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin layihəsi məsələsini Azərbaycan təklif edib.
“Bakıda insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məhkəməsi gedir. Ermənistan bu gün bu məhkəməyə qarşı mənasız təbliğat kampaniyası aparır. Bu məhkəmədə mühakimə olan şəxslər qanun qarşısında cavab verirlər. Onların əsir və girov adlandırılması qəbuledilməz haldır”, - Hikmət Hacıyev qeyd edib.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir