Azərbaycanla münasibətlər bizim üçün çox mühüm əhəmiyyətə malikdir.
“İki sahil” Qazaxıstanın dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, bu sözləri Prezident Kasım-Jomart Tokayev Astanada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.
O əlavə edib: “Səfəriniz qardaş Azərbaycanla əməkdaşlığımızın daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanla əlaqələr bizim üçün böyük əhəmiyyət kəsb edir”.
Kasım-Jomart Tokayev vurğulayıb ki, onun ölkəsi Azərbaycanı etibarlı strateji tərəfdaş və müttəfiq hesab edir.
Ceyhun Bayramov “Azərbaycan Hava Yolları” QSC-ə məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı faciə zamanı göstərdiyi operativ köməyə görə Qazaxıstan tərəfinə Prezident İlham Əliyev və Azərbaycan xalqı adından minnətdarlığını bildirib.
Görüş zamanı iri strateji layihələrin həyata keçirilməsi, o cümlədən Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin və dərin dəniz elektrik kabelinin çəkilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir