İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa edilməsini minnətdarlıq hissi ilə vurğulayıram.
“İki sahil” xəbər verir ki, bu sözləri barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Astanada Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu danışıqların yekunlaşmasından sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, 2024-cü ilin mayında Qazaxıstan tərəfinin Azərbaycan ilə Ermənistan arasında danışıqlar üçün platforma təqdim etməsi bu ölkənin sülh prosesinə verdiyi önəmin göstəricisidir.
“Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması istiqamətində böyük məsafənin qət edilməsinə baxmayaraq, Ermənistan konstitusiyası çərçivəsində hələ də Azərbaycana qarşı ərazi iddiasının mövcudluğu, bu ölkənin sürətlə silahlanması və revanşizmə meyillənməsi sülh prosesinə ən böyük maneə olaraq qaldığını bir daha qeyd etmək istərdim”,- deyə nazir vurğulayıb.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir