Azərbaycan və Qazaxıstan bu gün Astanada Xarici İşlər Nazirliklərinin (XİN) nümayəndə heyətlərinin görüşü çərçivəsində gündəlikdəki bir çox aktual məsələləri müzakirə etmək niyyətindədirlər.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə geniş tərkibdə danışıqların başlanmasından əvvəl bildirib.
"Bizim hər birimiz üçün Qazaxıstanda olmaq böyük sevinc hissidir. Mən ölkənizə kifayət qədər tez-tez gəlirəm. Bu gün danışıqların gündəliyi kifayət qədər geniş və çox aktualdır", - C.Bayramov bildirib.
Nazir, həmçinin həmkarlarını və bütün Qazaxıstan xalqını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.
Öz növbəsində Qazaxıstanın XİN başçısı Murat Nurtleu azərbaycanlı həmkarını və onu müşayiət edən nümayəndə heyətini Ramazan ayında qarşılamaqdan məmnun olduğunu qeyd edib.
"Bu gün geniş spektrli məsələləri, o cümlədən birgə layihələri və Xəzərin problemlərini müzakirə edəcəyik", - o bildirib.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir