10 mart 2025 14:07
209

"Tesla"nın yeni rəqibi - FOTO

Honda xüsusi olaraq Çin bazarı üçün hazırlanmış və Dongfeng ilə birgə müəssisədə istehsal olunan orta ölçülü elektrik krossoveri S7-nin satışına başlayıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, yerli bazarda yeni məhsul Tesla Model Y, Onvo L60 və Zeekr 7X kimi modellərlə rəqabət aparacaq.

Krossoverin qiyməti 309,9 min yuandan başlayır.