Son 200 ildə Azərbaycanda və Cənubi Qafqazda ermənilərin, onların havadarlarının yeritdiyi siyasət nəticəsində azərbaycanlılara qarşı deportasiya, soyqırımı və etnik təmizləmə aparılıb.
“İki sahil” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli parlamentdə keçirilən “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmədə deyib.
O qeyd edib ki, 2020-ci il sentyabrın 27-də 200 illik ədalətsiz prosesin dayandırılmasına start verildi:
"Vaxtilə ermənilərin və onların havadarlarının səyi nəticəsində bu proseslər barədə məlumatlar gizlədilirdi. Buna görə də yeni nəsillər belə faciələrdən xəbərsiz yetişmişdi. Prezident İlham Əliyev qələbədən sonra 2022-ci il dekabrın 24-dəki tarixi çıxışında Azərbaycan dövlətinin və xalqının yeni ideyasını elan etdi. Bu məsələdə də QHT-lər öz sözlərini deməlidir".
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir