2024-cü ildə Azərbaycanda üç xarici film çəkilib.
“İki sahil” xəbər verir ki, bu barədə “Cinema Talks”da Azərbaycan Respublikasının Kino Agentliyinin əməkdaşı Sabina Bağırova məlumat verib.
Onun sözlərinə görə, filmlərdən ikisi “Netflix”, biri isə “Amazon Prime” şirkətinə məxsus olub: “Həmçinin, ötən il ərzində Azərbaycanda xarici film şirkətləri tərəfindən 8 reklam/musiqi çarxı, 2 televiziya verilişi çəkilib”.
S.Bağırova qeyd edib ki, 2023-2024-cü illərdə Azərbaycana xarici film şirkətləri tərəfindən 10 milyon dollar investisiya yatırılıb.
İçərişəhərdə tarixi qala divarının bir hissəsində aşınma qeydə alınıb, bərpa işlərinə başlanılıb
MEMİM-in təşkilatçılığı ilə II Uşaq Teatrı Festivalı çərçivəsində ustad dərsləri keçirilib