DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində şair, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və aktyor Kamran Ağabalayevin iştirakı ilə qiraət günü keçirilib.
Mərkəzin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departamentindən “İki sahil”ə bildirilib ki, 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilən ilk qiraət günü ədəbiyyatda qadın mövzusu, Azərbaycan qadınlarının tarixi və cəmiyyətdəki roluna həsr olunub.
Mərkəzin təlimçiləri və benefisiarlarının ifasında şair İlqar Fəhminin yaradıcılığından şeirlər, musiqi nömrələri səsləndirilib.
Davamlı təşkili nəzərdə tutulan layihənin məqsədi həssas əhali qruplarından olan şəxslərin mütaliəyə marağının artırılması, ədəbiyyatımızın müasir nümayəndələri ilə yaxından tanışlığına imkan yaratmaqdır.
Tamamilə süni intellektlə hazırlanan “Oyun Ovçuları” cizgi filmi TRT Avaz-da nümayiş ediləcək
İsi Mustafayev: Bu poçt markasının sayəsində hadisə qurbanlarının xatirəsi daim yaşayacaq