Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri arasında telefon danışığı aparılıb
4 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlər müzakirə olunub.
Nazirlər 2025-ci ildə siyasi, iqtisadi, ticarət, energetika, turizm və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.
Telefon danışığı zamanı həmçinin digər beynəlxalq platformalarda əməkdaşlıq istiqamətləri, habelə Yaxın Şərqdə vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Tərəflər müqəddəs Ramazan ayının başlaması münasibətilə təbriklərini, ən səmimi arzu və diləklərini çatdırıblar.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir