Azərbaycanın Pakistandan aldığı qırıcı təyyarələr İrəvanın da həyəcanına səbəb olub. Erməni mediası Pakistandan Azərbaycana JF-17 qırıcılarının ilk partiyasının gətirilməsi barədə həyəcanlı xəbərlər tirajlayır.

“İki sahil” xəbər verir ki, AzTV-də yayımlanan “Həftə” analitik informasiya proqramında Rövşən Məmmədov onların bu narahatlığını belə şərh edib: “Erməni mediası artıq neçə gündür ki, Pakistandan Azərbaycana məhz JF-17C qırıcılarının ilk partiyasının gətirilməsi barədə həyəcanlı məlumatlar tirajlayır. Qarşı tərəf onu da həyacanla xəbər verir ki, bu tip təyyarələr 8 fərqli tipli raket daşımaq gücündədir, müasir radar sistemlərinə və müdafiə sisteminə sahibdir. Bəli, yazılanlar həqiqətən də reallığı əks etdirir. Lakin həqiqət tam deyil. Belə ki, bu tip qırıcılar özlüyündə daha böyük imkanlara və daha güclü dağıdıcı qabiliyyətə malikdirlər. Bəs necə? Prezident İlham Əliyevin dediyi kimi, əgər Ermənistan Avropa Müşahidə Missiyası və Fransanın yardımları hesabına silahlar alaraq revanşist planlarını daha açıq ifadə etməyə başlayırsa, biz də boş oturmayacağıq. Necə ki, oturmuruq da... Odur ki, bu, hələ başlanğıcdır, Paşinyan.”
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir