Aktyor Harrison Ford "Oskar" mükafatlandırma mərasiminin aparıcılığından imtina edib.
“İki sahil” xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.
82 yaşlı Ford 2024-cü ildə kinematoqraf sahəsindəki töhfələrinə görə Amerika Kino Sənəti və Elmləri Akademiyası 97-ci "Oskar" mükafatını təqdimetmə mərasimində aparıcılardan biri olmalı idi. Aktyor xəstəlik səbəbindən mükafatlandırma mərasimini buraxacaq. Ona kəmərləyici dəmrov diaqnozu qoyulub. Bu, ağrılı səpkilərə səbəb olan infeksiyadır.
İçərişəhərdə tarixi qala divarının bir hissəsində aşınma qeydə alınıb, bərpa işlərinə başlanılıb
MEMİM-in təşkilatçılığı ilə II Uşaq Teatrı Festivalı çərçivəsində ustad dərsləri keçirilib