Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib.
“İki sahil” xəbər verir ki, XİN-dən verilən məlumata görə, sözügedən iclas 26 fevral tarixində Bakıda keçirilən xüsusi işçi qrupunun görüşündən sonra baş tutub.
Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası zamanı Azərbaycanın AQEM sədrliyi AQEM-ə üzv ölkələr tərəfindən iddialı, zəngin və təşəbbüskar olaraq qiymətləndirilən 2025-2026-cı illər üzrə prioritet və təşəbbüslərini təqdim edib.
Komitə həmçinin Azərbaycan sədrliyinin 2025-ci ildə Bakıda AQEM beyin mərkəzlərinin illik forumunun keçirilməsi ilə bağlı təşəbbüsünü ehtiva edən AQEM beyin mərkəzlər forumunun illik hesabatını nəzərdən keçirib və təsdiqləyib.
Müzakirələr, həmçinin Azərbaycan sədrliyinin üç əsas prioritetindən biri olan AQEM-in institusional bazasının möhkəmləndirilməsinə yönəlib. AQEM-ə üzv dövlətlərin nümayəndə heyətləri AQEM-in maliyyə sammitinin və AQEM Qadın Şurasının institutlaşma məsələlərini nəzərdən keçirib, həmçinin etimad quruculuğu üzrə müvafiq sahələrdə işləri təhlil ediblər.
Azərbaycan 2024-2026-cı illər üzrə Asiyada mövcud yeganə qarşılıqlı fəaliyyət platforması olan AQEM-ə "Daha güclü AQEM: Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və dayanıqlı inkişaf" devizi altında sədrlik edir.
Azərbaycan Respublikası sədrliyi dövründə AQEM-in daha da möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsinə və Asiyada təhlükəsizlik, əməkdaşlıq və inkişaf məsələləri üzrə digər beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyətin gücləndirilməsinə üstünlük verəcək.
Azərbaycan çoxtərəfli diplomatiya üzrə zəngin təcrübəsindən vasitə kimi istifadə edərək, üzv dövlətlər arasında əməkdaşlığın və dialoqun möhkəmləndirilməsində əhəmiyyətli irəliləyişə nail olmağa çalışır ki, bu da son nəticədə AQEM-in daha da möhkəmlənməsinə töhfə verəcək.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir