Bu gün Ermənistanın Azərbaycana təcavüzü zamanı törədilən ən qəddar vəhşiliklərdən biri olan Xocalı facəisinin 33-cü ildönümü qeyd olunur. Bu gün Xocalı soyqırımının günahsız qurbanlarını dərin hüznlə anırıq.
“İki sahil” xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki hesabında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşımında yer alıb.
"Ədalətin yalnız qurbanların xatirəsinə hörmətlə yanaşılmaması, həm də bu qədər iyrənc cinayətlərin heç vaxt təkrarlanmasının zəmanət verməsi son dərəcə vacibdir.
Azərbaycan günahsız soydaşlarımıza qarşı törədilən cinayətlərə görə məsuliyyət daşıyacaq tədbirlər görməyə çalışır", - XİN-in paylaşımında əlavə olunub.
Qeyd edilir ki, faciənin günahsız qurbanlarının xatirəsi heç vaxt unudulmayacaq.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir