Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qayana Kooperativ Respublikasının Prezidenti Məhəmməd İrfaan Əlini təbrik edib.
“İki sahil” xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident.
Qayana Kooperativ Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Bu il ölkələrimiz əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir. Ötən dövr ərzində Azərbaycan ilə Qayana arasında formalaşmış dostluq münasibətləri əməkdaşlığımızın inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratmışdır. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan səmərəli istifadə edərək birgə səylərimizlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələrimizin və qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsinə nail ola bilərik.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır