Ermənistanın Azərbaycan ərazilərinə yerləşdirdiyi minalar günahsız insanlar üçün təhlükə yaratmaqda davam edir.
“İki sahil” xəbər verir ki, bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “X”dəki hesabında Xocalı rayonunun Ulubaba kəndi ərazisində mina partlayışı ilə paylaşımında yer alıb.
Qeyd edilir ki, Xocalı rayonunda minanın partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb və 2020-ci il müharibəsi başa çatdıqdan bu günə kimi qurbanların sayı 383 nəfərə çatıb.
Hadisə yeri Ermənistanın 2020-ci ildən bəri keçmiş təmas xəttindən çox-çox uzaqlara mina yerləşdirməsinə bir daha sübutdur.
Böyük neqativ humanitar təsiri və davamlı minalarla çirklənmənin sülh və barışıq səylərinə problem yaratdığını nəzərə alaraq, Azərbaycan minalardan təmizləmə səylərində beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyinə ümid edir.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır