Asiya Parlament Assambleyasına (APA) 2026-cı ildə Bəhreyn, 2027-2028-ci illərdə isə İran sədrlik edəcək.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci Plenar Sessiyasında çıxışı zamanı deyib.
Rizvan Nəbiyev əlavə edib ki, Asiya Parlament Assambleyası (APA) çərçivəsində keçirilən son toplantıda 300 min Qərbi azərbaycanlının öz evlərinə qayıdışı ilə bağlı məsələlər diqqət mərkəzində olub:
"APA bu istiqamətdə sülh və sabitlik siyasətini dəstəkləyir. Biz müvafiq tədbirlərin həyata keçirilməsi üçün səyləri davam etdirəcəyik".
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır