Oman Asiya Parlament Assambleyasına (APA) üzv olmaqla kifayətlənməyəcək, dünyanı sülhə, əmin-amanlığa çağıracaq.
“İki sahil” xəbər verir ki, bunu Oman Şura Məclisinin sədri Xalid Hilal Nasir Al Maavali APA-nın Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən 15-ci plenar sessiyasının açılış mərasimində deyib.
O qeyd edib ki, Fələstin xalqının qanunla müəyyənləşmiş hüquqlarına, BMT-nin onlarla bağlı qəbul etdiyi sənədlərin yerinə yetirilməsinə, fələstinlilərin öz iradələri ilə dövlət qurmalarına əngəllər, onların öz ərazilərindən çıxarılması sülhdənkənar addımlardır:
“Asiyanın ayrılmaz hissəsi olan Fələstin xalqının hüquqları üçün vahid mövqe ortaya qoymalıyıq”.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır