Azərbaycan Asiya Parlament Assambleyasına sədrliyi üzərinə götürməklə güclü əməkdaşlıq nümunəsi nümayiş etdirdi.
“İki sahil” xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının (APA) Baş katibi Mohammad Reza Majidi Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən qurumun 15-ci plenar sessiyasının açılış mərasimində deyib.
O qeyd edib ki, Assambleyaya aid proqramlar Azərbaycanın sədrliyi ilə tam yerinə yetiriıib:
“Biz parlamentlərarası əməkdaşlığı daha da gücləndirməyə çalışırıq. Hazırda sıralarımız genişlənməkdədir. APA çox vacib parlament platforması olaraq Fələstin məsələsini diqqət mərkəzində saxlayır”.
Baş katib Omon Sultanlığını APA-ya üzv olması, Belarusu isə müşahidəçi qismində təşkilata qəbul edilməsi münasibətilə təbrik edib.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır