05 fevral 2025 12:18
74

“Siqnal” İdarəsi regionlarda işıqforların fəaliyyətini nəzarətdə saxlayır

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsi tərəfindən regionların inzibati ərazilərində quraşdırılmış işıqforların normal işləməsi, istismar prosesində meydana gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, idarənin aidiyyəti qurumları tərəfindən bu dəfə Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Cəlilabadda işıqfor obyektlərinə texniki qulluq göstərilib, idarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.

"Təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış işıqforların iş rejimi xüsusi nəzarətdə saxlanılıb, qurğulara texniki qulluq göstərilib, sıradan çıxan hissələr yenisi ilə əvəz olunub",- deyə məlumatda qeyd edilib.