Belçikanın paytaxtı Brüsseldə Slovakiyanın Baş naziri Robert Fitso ilə Avropa Komissiyasının nümayəndələri arasında Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması məsələsi ilə bağlı planlaşdırılan görüş baş tutmayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Slovakiyanın Brüsseldəki daimi nümayəndəliyindən məlumat verilib.
"Brüssel hava limanı Belçika üzərindən hava hərəkətinin mümkün olmadığını bəyan edib. Baş nazirin olduğu təyyarə Slovakiyaya qayıdır", - daimi nümayəndəlikdən bildiriblər.