Azərbaycan Prezidentinin Sərəncamına əsasən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.
“İki sahil” xəbər verir ki, professor, yubiley medalına Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığın inkişafına verdiyi əhəmiyyətli töhfələrə görə layiq görülüb.
Medal professor Akkan Suverə yanvarın 28-də Azərbaycanın Ankaradakı səfirliyində keçiriləcək mərasimlə təqdim ediləcək.
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib
Qlobal Şuşa Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli körpüdür
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir