“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik edilib.
“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, qoruq artıq idarə etdiyi çoxmənzilli binaları isti su və istiliklə təchiz etmək, həmin binaların istilik enerjisinə tələbatının ödənilməsini təmin etməlidir. Həmçinin, Qoruq tikintisini təşkil etdiyi çoxmənzilli binaların idarə edilməsi, ümumi əmlakının (o cümlədən liftlərin) saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqq daxil olmaqla, yaşayış sahəsinin saxlanılmasına və təmirinə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq alacaq.
Eyni zamanda qoruq müvafiq ərazidə müqavilə əsasında isti su və istilik təchizatı xidmətləri göstərmək və bu xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq almaq hüququna da malik olacaq.
Yuxarıda göstərilən müqavilələr üzrə haqların məbləğləri təsdiq ediləcək.
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib
Qlobal Şuşa Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli körpüdür
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir