Azərbaycan Türkiyə ilə birgə Suriyada sabitliyə və humanitar məsələlərin həllinə dəstək verəcək.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə səfiri Cahit Bağçını qəbul edərkən deyib.
Görüş zamanı Azərbaycan və Türkiyənin geniş anlamda regional və beynəlxalq təhlükəsizliyə töhfə verən birgə fəaliyyətlərin bundan sonra da davam etdiriləcəyinə dair inam ifadə olunub.
Bu istiqamətdə Azərbaycanın xüsusilə Yaxın Şərq və Suriyada sabitliyə və humanitar məsələlərin həllinə qardaş Türkiyə ilə birgə dəstək verməyə davam edəcəyi qeyd olunub.
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib
Qlobal Şuşa Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli körpüdür
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir