Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.
Bilidirilib ki, görüşdə tərəflər ikitərəfli əlaqələrin inkişafını və Cənubi Qafqazda baş verən son hadisələri müzakirə ediblər.
Qeyd edək ki, Ş.Mustafayev Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə Tehranda səfərdədir.
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib
Qlobal Şuşa Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli körpüdür
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir