Bütün seçki məntəqələrinin zəruri əşyalarla təminatı başa çatdırılıb.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun yanvarın 21-də keçirilən iclasında deyib.
O, seçki məntəqələrinin qızdırılması və işıqlandırılmasının zəruri məsələlərdən biri olduğunu vurğulayıb:
"Səsvermə kabinələrinin normal işıqlandırılması seçicilər üçün vacibdir. Hansısa məntəqədə bununla əlaqədar ciddi qayda pozuntusu qeydə alınsa, o komissiyanın üzvləri cəzalandırılacaq".
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib
Qlobal Şuşa Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli körpüdür
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir