Bakı Təşəbbüs Qrupu (BTQ) təkcə Fransa deyil, Niderlandın müstəmləkələri ilə də iş aparır.
“İki sahil” xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, BTQ-nin mübarizəsi qətiyyən Fransa xalqı və ya dövləti ilə deyil:
"BTQ-nin yalnız Fransa müstəmləkələri ilə iş apardığı iddia edilir. Halbuki biz müstəmləkəçiliklə mübarizə aparırıq. Çünki Niderlandın müstəmləkəsi altında olan Boneyra adası ilə də fəaliyyətimiz mövcuddur".
A.Abbasov bildirib ki, BTQ-ni yenə də Fransaya qarşı qərəzli olmaqda ittiham edirlər
"Biz fəaliyyət göstərdiyimiz müddətdə müstəmləkə altındakı xalqların problemini gündəmə gətirib və bu təşəbbüsə davam edəcək".
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib
Qlobal Şuşa Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli körpüdür
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir