Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun fəaliyyəti ilk fürsətdə bərpa oluncaq.
“İki sahil” xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, baş konsulluq ABŞ-nin Kaliforniya ştatında baş verən yanğına görə fəaliyyət göstərdiyi binadan köçüb:
"Diplomatik qurumumuzun fəaliyyəti dayandırılmayıb, hazırda uzaqdan işini davam etdirir. Los-Ancelesdəki fəaliyyət ilk fürsətdə bərpa olunacaq".
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib
Qlobal Şuşa Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli körpüdür
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir