18 yanvar 2025 14:41
78

Bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə bağlı sarı xəbərdarlıq ELAN EDİLİB

Milli Hidrometeorologiya Xidməti yanvarın 19-u gündüz, 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

“İki sahil” xəbər verir ki, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Daşkəsən, Gədəbəy, Culfa, Ordubad, Gəncə, Goranboy, Naftalan, Göygöl, Qazax, Ceyrançöl, Ağdam, Samux, Şəmkir, Tovuz, Ağstafa, Neftçala, Qobustan, Şəki, Oğuz, İsmayıllı, Lerik, Yarımlı, Lənkəran, Astara, Masallı, Salyan, Hacıqabul, Yevlax, Mingəçevir, Tərtər, Bərdədə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”