SSRİ-nin dağılması ilə türk dövlətlərinin müstəqil olması türk dünyası anlayışı üçün böyük fürsətdir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.
Nazir qeyd edib ki, bu mənada TDT-nin daha funksional hala gəlməsi strateji bir addımdır.
“Azərbaycan və Türkiyə bu mövzuda da bir-birinin yanındadır və bərabər addımlayır. 2024-cü ildə atılan addımları bu il bir addım daha irəli aparacağıq”, - H.Fidan bildirib.
Onun sözlərinə görə, türk dövlətlərinin ortaq fəaliyyəti 2025-ci ildə də ən yüksək səviyyədə davam edəcək:
“Bununla da regiona faydalı olacağımızı düşünürük”.
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib
Qlobal Şuşa Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli körpüdür
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir