Azərbaycanla enerji istiqamətində ortaq işbirliyimiz davam edəcək.
“İki sahil” xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.
Nazir qeyd edib ki, ölkələr arasındakı münasibətləri daha da gücləndirəcəklər: “Qars-Naxçıvan dəmiryolunu ən qısa zamanda həyata keçirmək hədəfimizdədir”.
Hakan Fidan həmçinin Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub:
“Azərbaycan-Ermənistan sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində aparılan işlərdən məlumatlıyıq. Ümumilikdə, Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq”.
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib
Qlobal Şuşa Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli körpüdür
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir