18 yanvar 2025 14:32
106

DİN Hökümə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxsləri müəyyən etdi, zərər ödənildi - YENİLƏNİB

Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.

DİN-in Mətbuat Xidmətindən “İki sahil”ə bildirilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.

***

Bakı-Qroznı reysini həyata keçirən və Aktauda qəzaya uğrayan təyyarədə həlak olan, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.

Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Cəlil Əliyev mətbuata açıqlamasında kartından 80 507 manat pul çəkildiyini bildirib.