Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı” mövzusunda praktiki gecə təlimi keçirib.
Bu barədə "İki sahil"ə FHN-dən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildə “sıxılı vəziyyətdə qalmış zərərçəkmişlər” xilas edilərək, onlara təxirəsalınmaz ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Bakıda AQEM ölkələrində dairəvi yaşıl turizmə həsr olunmuş beynəlxalq konfrans keçirilir
Ombudsman Aparatının əməkdaşı İƏT Ombudsmanlar Assosiasiyasının Alt Komitəsinin ikinci iclasında iştirak edib
ABŞ-də azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçiriləcək