Rəşid Behbudov Mahnı Teatrında "Ümid" 2025" Beynəlxalq incəsənət müsabiqəsi keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrindən 9-10 yaş qrupu üzrə 500 nəfərə yaxın balaca musiqiçinin qatıldığı yarışmada Bakının Xətai rayonundakı Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsinin şagirdləri Yeganə Hüseynli, Zeynəb İsmayılova birinci dərəcəli laureat adına layiq görülüblər. Həmin məktəbin fano ifası üzrə ansamblı (ifaçılar Şumayə Zeynalova və Zeynəb İsmayılova) ikinci dərəcəli laureat adını qazanıb. Üçünçü dərəcəli laureat adına isə həmin məktəbin şagirdi Aylin Dəmir layiq görülüb.
Qalib musiqiçilərin bədii rəhbəri məktəbin fortepiano şöbəsinin müəllimi Sevda Qurbanzadədir.