14 yanvar 2025 09:55
229

Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken yanvarın 14-də Vaşinqtonda strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.

Ermənistan Xarici İşlər Nazirliyi tədbirin saat 22:00-da baş tutacağını və respublika Xarici İşlər Nazirliyinin rəsmi resurslarında yayımlanacağını açıqlayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”