11 yanvar 2025 02:28
63

120 yaşlı avtomobil satışa çıxarılıb

15 litrlik mühərrikə malik 120 yaşlı “Napier L48 Samson” Bonhamsda hərraca çıxarılıb. Bundan əlavə, onun bu avtomobillə edilmiş birdən çox sürət rekordu var. Avtomobil ilkin olaraq bir milyon dollar dəyərində qiymətləndirilib.

“Napier L48” 1904-cü ildə Britaniyada yığılıb. Bir il sonra yarışçı Artur MakDonald Floridada onunla 104,65 mil (168,38 km/saat) sürəti vurdu. Bu, ABŞ-da bir ilk idi və həm də bu sürətə qalxan ilk ingilis avtomobili oldu.

1906-cı ildə Napier daha bir uğur qazandı. Doroti Levitt 90,88 mil / saata çataraq bu avtomobillə qadınlar arasında sürət rekordu qırdı. 67 illik fasilədən sonra mühərrik 1982-ci ildə yenidən işə salındı ​​və bundan sonra da avtomobil daha bir neçə rekorda imza atması barədə məlumatlar var.

Nubar Süleymanova, “İki sahil”