Rusiya Elmlər Akademiyasının akademiki və Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Gennadi Onişenko hesab edir ki, dünyada koronavirus infeksiyalarının sayı ilə bağlı real statistika rəsmi məlumatlardan iki dəfə çox ola bilər.
Ümumdünya Səhiyyə Təşkilatının dekabr ayına olan məlumatına görə, dünyada 777 milyondan çox insan koronavirusa yoluxub. Lakin Gennadi Onişenko bildirib ki, bu statistik rəqəm iki dəfə artırıla bilər, çünki bir çox COVID-19 hallarının yüngül gedişi səbəbindən xəstəlik rəsmi olaraq qeydə alınmamış ola bilər və təsadüfən xəstələnən insanlar virusun yayılmasına ən böyük “töhfəni” verirlər.
Rusiyadakı hazırkı sakit epidemik vəziyyətə baxmayaraq, Onişenko həmvətənlərini sağlamlıqlarına məsuliyyətlə yanaşmağa çağırıb. Çünki qrip və COVID əslində çox təhlükəlidir. Həmçinin düzgün qidalanmaya, pəhrizə vitamin əlavə etməyə, hava şəraitinə uyğun geyinməyə xüsusi diqqət yetirilməlidir. Xroniki xəstəlikləri və xərçəngi olan insanlar xüsusilə diqqətli olmalıdırlar.
Nubar Süleymanova, “İki sahil”