09 yanvar 2025 01:26
185

Qəza Rusiya sahillərini pis vəziyyətə qoyub

Kerç boğazında fırtına zamanı iki neft tankeri zədələnib və Rusiya sahilləri boyunca böyük neft sızıntısına səbəb olub. Dağılma onlarla kilometr sahil xəttini çirkləndirib, yaabanı təbiəti təhdid edib və ekoloji fəlakətlə bağlı narahatlıqları artırıb. Təmizləmə işləri davam edir. Lakin ekoloqlar xəbərdarlıq edirlər ki, sızmanın həcmi çox böyük ola bilər.

“Dekabrın 17-də Kerç boğazında fırtına zamanı iki neft tankerinə ciddi ziyan dəydikdən sonra Rusiyanın Krasnodar vilayətində Qara dəniz sahilinin onlarla kilometri ağır mazutla örtülüb”, -deyə Rusiya mətbuatı paylaşıb.

Regional qubernator Veniamin Kondratyev bildirib ki, güclü küləklər böyük miqdarda dağılmış neftin sahil xətti boyunca yayılmasına səbəb olduğundan Qara dənizdə gözlənilən ekoloji fəlakətlə bağlı narahatlıqları artırdığı üçün əraziyə çoxsaylı təmizləmə qrupları göndərilir. Getdikcə daha çox neft dənizdən keçərək ailələr üçün yay sığınacağı olan sahillərə yayılır. Yerli sakinlər neftə bulaşmış uça bilməyən quşları və mazutla örtülmüş sahibsiz itlərin sahildə gəzdiyini qeyd edərək, sahil xəttinin dəhşətli mənzərəsini çəkiblər.

Rəsmilər bildiriblər ki, könüllülər və ağır texnika da daxil olmaqla, təxminən 300 nəfər qəzanın nəticələrini minimuma endirmək üçün çalışır.

Nubar Süleymanova, “İki sahil”