05 yanvar 2025 15:22
538

Azərbaycanlı hakim 2025-ci ildə ilk təyinatını alıb

Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov 2025-ci ildə ilk təyinatını alıb.

“İki sahil” xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının qrup mərhələsinin son turunda reallaşacaq Türkiyənin “Əczaçıbaşı” və Fransanın “Levallua” klublarının görüşündə ədaləti qoruyacaq.

Qarşılaşma yanvarın 22-də İstanbulda gerçəkləşəcək. Matçın digər hakimi Tomislav Popoviç (Serbiya) olacaq.