Yanvarın 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış aktrisa, Əməkdar artist Dilarə Əliyevanın iştirakı ilə stendap keçirilib.
“İki sahil” xəbər verir ki, “Dilarənin Yeni il hədiyyəsi” adlı stendap bir saat iyirmi dəqiqə müddətində reallaşıb. Stendapın ssenaristi Fariz Əliyevdir.
Tədbirdə Əməkdar artist aktyor sənətinin bütün çalarlarını sərgiləyərək hər kəsi düşündürən məsələlər, problem və qayğılardan söhbət açıb.
Elçin Əfəndiyevin vəfatının birinci ildönümü ilə əlaqədar anım mərasimi keçiriləcək
“AzerGold” və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə milli kino seansı baş tutub