04 yanvar 2025 18:55
456

Fransa klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb

Fransa təmsilçisi “Monako” baş məşqçisi Adolf Hütterlə müqavilənin müddətini uzadıb.

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, avstriyalı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, "Monako" Fransa Liqa 1-də 30 xalla üçüncü sırada qərarlaşıb.