"Rizəspor" matçında ağrı hiss edərək oyunu tərk edən "Beşiktaş"ın futbolçusu Tayyib Talha Sanuçun əzələ vətər qovşağında dartılma və qismən yırtıq diaqnozu qoyulub.
“İki sahil” xəbər verir ki, bu barədə "Beşiktaş" klubu məlumat yayıb.
“Futbol A Komandamızın “Çaykur Rizəspor”la keçirdiyi matçın 41-ci dəqiqəsində sağ bud bel əzələsində ağrı hiss etdiyi üçün oyununa davam edə bilməyən futbolçumuz Tayyib Talha Sanuç “Acıbadem”də müayinə olunub və MRT müayinəsi aparılıb. Altunizade Xəstəxanasında budun arxa əzələsində əzələ vətər qovşağının tutulduğu, dartınma və qismən yırtıq təsbit edildi
Sağlamlıq qrupumuz tərəfindən Tayyib Talha Sanuçun müalicəsinə başlanılıb”, - deyə məlumatda qeyd edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”