03 yanvar 2025 15:15
398

"Fənərbağça"nın 2 futbolçusu zədə səbəbindən meydana çıxa bilməyəcək

Türkiyənin "Fənərbağça" klubunun 2 futbolçusu zədə səbəbindən Superliqanın XVIII turunda "Hatayspor"a qarşı oyunda meydana çıxa bilməyəcək.

“İki sahil” xəbər verir ki, qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, Samet Akaydin ve İsmail Yüksek bazar günü keçiriləcək matçda oynamayacaq. Qeyd edək ki, "Fənərbağça" - "Hatayspor" görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.