02 yanvar 2025 16:12
147

"Mançester Yunayted" Premyer Liqadan düşərsə...

İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqanı tərk edəcəyi təqdirdə idman geyimləri və ayaqqabı istehsalçısı "Adidas"la sponsorluq müqaviləsini itirə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

900 milyon funt-sterlinq (təqribən 1,088 milyard avro) olan müqaviləsinin şərtlərinə əsasən, Mançester təmsilçisi İngiltərə Premyer Liqasında yerini itirərsə, şirkət anlaşmanı ləğv etmək hüququna malikdir. "Qırmızı şeytanlar" Çempionşipə düşəcəyi təqdirdə şirkət digər variant kimi illik ödənişləri 450 milyon funt-sterlinqə qədər - iki dəfə azalda bilər.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqanın turnir cədvəlində 19 turdan sonra 22 xalla 14-cü yerdədir.