“Renn” “Əl Nəsr”in futbolçusu Seko Fofananın transferini açıqlayıb.
“İki sahil” xəbər verir ki, Fransa klubu bunun üçün Səudiyyə Ərəbistanı təmsilçisinə 20 milyon avro təzminat ödəyəcək. 29 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Beləliklə, Fofana Səudiyyə Ərəbistan liqasının tarixində xaricə satılan edilən və ən yüksək transfer qiyməti olan futbolçu olub.
Qeyd edək ki, Seko Fofana bu mövsüm "Əl-Nəsr"in heyətində 15 oyuna çıxıb. O, karyerası ərzində "Fulhem", "Lans" və "Udineze" kimi komandalarda çıxış edib.
Əlavə edək ki, son illər Səudiyyə Ərəbistanı liqazı bahalı transferlərlə diqqət çəkir. “Əl-Hilal” Neymar üçün 90 milyon avro ödəmişdi.