31 dekabr 2024 00:27
161

ABŞ yanvarın 9-da Karterin şərəfinə federal agentlikləri bağlayacaq

“ABŞ-ın 39-cu prezidenti kiçik Ceyms Erl Karterə hörmət əlaməti olaraq 2025-ci il yanvarın 9-da federal hökumətin bütün icraedici departamentləri və agentlikləri bağlanacaq”.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden sənəd imzalayıb.

Ağ Evin saytında dərc olunan məlumata görə, Bayden 9 yanvar 2025-ci il tarixini Karterin xatirəsini ehtiramla yad etmək üçün Birləşmiş Ştatlarda milli matəm günü elan edib.

Xatırladaq ki, 1977-1981-ci illərdə ABŞ prezidenti olmuş Cimmi Karter (tam adı Ceyms Erl Karter Jr.) dekabrın 29-da Corciyadakı evində 100 yaşında vəfat edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”