Cənubi Koreyada qəzaya uğrayaraq 179 nəfərin ölümünə səbəb olan Boeing B 737-800 tipli təyyarənin son 48 saat ərzində 13 uçuş həyata keçirdiyi bildirilir.
“İki sahil” “Yonhap”a istinadla xəbər verir ki, qəza ilə bağlı turizm sənayesinin rəsmiləri açıqlama verib.
Səlahiyyətlilər, “Jeju Air”ə aid olan təyyarənin müxtəlif turizm agentlikləri vasitəsilə "daha sərfəli qiymətlərlə" turlar təşkil etdiyini söyləyib.
Onların sözlərinə görə, uçuşların bəziləri Çin, Tailand, Malayziya, Yaponiya və Tayvana edilib.
Bildirilir ki, “Jeju Air” ölkədəki digər hava yolları ilə müqayisədə ayda orta hesabla ən çox təyyarə istifadə edən şirkətlərdən biridir. Buna görə şirkətə aid hər bir təyyarə iyul-sentyabr ayları arasında 418 saatlıq uçuş rekorduna malikdir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”